Ən bahalı ipotekaya malik Avropa ölkələri Moldova , Macarıstan və Ukrayna olub .  

İqtisadiyyat.az RİA Novosti nəşrinin apardığı araşdırmalara istinadən xəbər verir. 

Nəşrin araşdırmalarında ən ucuz mənzil krediti olan dövlətlər müəyyən edilib. 

2022-ci ilin noyabr ayında Moldovada orta ipoteka dərəcəsi illik 12,89 faizə çatıb. Bu, 2016-cı ilin may ayından bəri ən yüksək göstəricidir. Əlverişsiz mənzil kreditlərində ikinci yerdə olan Macarıstanda 2015-ci ildən bəri ən yüksək faiz dərəcəsi 10,95 faiz olub. İlk üçlüyü 10,95 faizə enən Ukrayna bağlayıb. 

Dördüncü yeri bütün müşahidə tarixində maksimum 9,3 faiz göstərici ilə Polşa , beşinci yeri isə 7,11 faizə enən Rusiya tutub. İlk onluqda həmçinin Rumıniya (6,96 faiz), Böyük Britaniya (5,97 faiz), Monteneqro (4,98 faiz), Serbiya (4,77 faiz), Latviya və Litva (4,09 faiz) yer alıb. 

15 Avropa ölkəsində banklar borcalanlara üç-dörd faiz dərəcəsi ilə ipoteka təklif edir. Ən ucuz mənzil kreditləri Fransa (1,91 faiz), Malta (2,18 faiz) və Lüksemburqda (2,5 faiz) olub.