Avstraliyadakı mayeləşdirilmiş təbii qaz (LNG) obyektlərində tətil səbəbindən Avropada qaz qiymətləri sentyabr fyuçers müqavilələri üzrə 15% artıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də sentyabr ayı fyuçers müqavilələrində meqavat saat başına qazın qiyməti dünən 34,4 avro səviyyəsində olub.

Bu gün meqavat-saatı 35,7 avrodan açılan qiymətlər, dünənki bağlanışa görə gün ərzində yüzdə 15 artaraq 39,4 avroya çatıb.

Avstraliyadakı LNG obyektlərində çalışanlar üçün iş və əmək haqqı şəraitinin yaxşılaşdırılması şərtləri ilə tətillərin keçirilməsi ehtimalı və tədarükün kəsilməsi ilə bağlı narahatlıqların artması qiymət artımında təsirli olub.

Keçən həftənin ortalarında tətil xəbəri yayılandan sonra Avropada qiymətlər dalğalanır.

Qeyd edək ki, Avstraliya dünyanın ən böyük LNG ixracatçısı sayılır.