Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün, təxminən, 820 dollar həddində sabitləşib.

Bunu "ICE London" Fond Birjasının məlumatları göstərir.

TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri 1000 kubmetr üçün 815,9 dollar (-0,7%) səviyyəsində ticarət başlayıb. Daha sonra təbii qaz 824,8 dollara (+0,3%) yüksəlib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 822 dollar) əsaslanır.

Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dən bəri ilk dəfə 700 dollardan aşağı düşüb.