Avropada qazın min kubmetrinin qiyməti 1 650 ABŞ dollarından aşağı düşüb. Bu, iyulun 21-dən sonra ən aşağı qiymət hesab olunur.

İqtisadiyyat.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qaz fyuçerslərinin qiyməti günə 1 618 ABŞ dolları ilə başlayıb. Bu isə ötən ticarət günü qeydə alınmış qiymətlə müqayisədə 6,2 % aşağıdır.