Avropada təbii qazın qiyməti ötən gün 1000 kubmetr üçün 1600 dollardan yuxarı və ya 24% yüksəldikdən sonra cümə günü bir qədər ucuzlaşıb.

Hazırda “mavi yanacağ”ın 1000 kubmetr üçün qiyməti 1350 dollardan yüksək deyil.

Qeyd edək ki, Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə iyul fyuçersləri cümə günü ticarət əməliyyatlarına 1000 kubmetr üçün 1248,6 dollar səviyyəsində başlayıb. Bu da ötən günlə müqayisədə 6,6% aşağıdır. Hazırda təbii qazın qiyməti 1346,2 dollar səviyyəsindədir.