Ötən il Avropanın təbii qaz istehlakı son 10 ildə ən aşağı səviyyəyə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji İqtisadiyyatı və Maliyyə Analizi İnstitutu məlumat yayıb.

Məlumata görə, Rusiya-Ukrayna müharibəsindən sonrakı 2 ildə Avropada qaza tələbat 20% azalıb.

Çünki ölkələr səmərəlilik tədbirlərinə müraciət edib və bərpa olunan enerji mənbələrindən istifadəni artırıblar. Təbii qaza tələbatın azalmasına əsasən Almaniya, İtaliya və Böyük Britaniya səbəb olub.

Bildirilib ki, ölkələr yeni mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu qurmağa davam edir. Belə ki, 2022-ci ilin fevral ayından etibarən 8 idxal terminalı fəaliyyətə başlayıb və 2030-cu ilə qədər daha 13 layihənin fəaliyyətə başlaması gözlənilir. Avropanın LNG terminallarının istismar müddəti 10 ildən çox olacaq.

 

Gözəl Həşimova