Avropanın fond birjalarında təbii qazın qiyməti 1000 kubmetr üçün 1000 ABŞ dollarından aşağı düşüb.

Bu barədə TASS xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 993 ABŞ dollarına enib.

Ümumilikdə gün ərzində Avropada qaz 2,4% ucuzlaşıb.