Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dollarından aşağı enib.

İqtisadiyyat.az xəbər verir ki, 25 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 648,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (656,7 dollar) ilə müqayisədə 1,2% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.