Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 300 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

İqtisadiyyat.az indeksi üzrə 1 317,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 337,4 dollar) ilə müqayisədə 1,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.