Avropada qazın orta qiyməti oktyabrda 10% artıb.

İqtisadiyyat.az xəbər verir ki, Avropada qazın orta qiyməti oktyabrın sonunda 10% artaraq 1 min kubmetr üçün təxminən 456 dollar təşkil edib.

Bildirilib ki, 2023-cü ilin dekabrında Avropada qazın orta qiyməti 1 min kubmetr üçün təxminən 408 dollar olub.

Qazın orta qiymətinin artması bir neçə amillə əlaqədar baş verib. Bunun əsas səbəbi qış mövsümünün başlaması ilə əlaqədardır.

Qeyd edək ki, Avropada yeraltı qaz anbarları (UGS) hazırda 95%-dən çox doludur. Onların tərkibində 105,5 milyard kubmetrdən çox qaz var.