Bu ilin yanvar-avqust aylarında Avropada qaz istehlakı 26 milyard kubmetr azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın enerji şirkəti "Qazprom" məlumat yayıb.

"Bildiyiniz kimi, enerji istehlakı iqtisadiyyatın vəziyyətinin mühüm göstəricisidir. Və biz görürük ki, məsələn, Avropada qaz istehlakı artıq ikinci ildir ki, azalır. Regionda ötən il qaz tələbi 56 milyard kubmetr azalıb. Bu ilin səkkiz ayında isə Avropada qaz istehlakı 26 milyard kubmetr azalıb", - məlumatda deyilir