Rusiyanın “Şimal axını” xəttini bağlamasından sonra Avropada qaz fyuçersləri 35% artıb. Avropada qazın qiymətində tarixi artım qeydə alınıb.

Rusiyanın “Şimal axını” qaz kəmərini dayandırmasından sonrakı ilk ticarət günündə benchmark qaz fyuçersləri 35% artıb. Ötən həftə bençmark qaz fyuçerslərində 37% azalma qeydə alınıb.

Avropa üçün göstərici qaz qiyməti kimi qəbul edilən gələn ay Hollandiyaya çatdırılan təbii qazın qiyməti Amsterdamda 290 avroya çatıb.

Rusiyanın qaz şirkəti “Qazprom” cümə günü “Şimal axını 1” boru kəmərində aşkar edilən nasazlıq səbəbindən Avropaya təbii qaz axınını qeyri-müəyyən müddətə bağlayacağını elan etdikdən sonra bir sıra Avropa ölkələri, xüsusən də Almaniya yeni tədbirlər elan edib.