Rusiya daxili bazarı sabitləşdirmək üçün benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq etdikdən sonra Avropada dizel yanacağının qiyməti 5% artıb.
Bu barədə İqtisadiyyat.az "The Guardian" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, Avropa bazarında dizel yanacağının qiyməti bir ton üçün 1000 dolları ötüb.
Qeyd edək ki, sentyabrın 21-dən Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq edib.
Gözəl Həşimova