Sentyabrda Avropa İttifaqında avtomobil satışı illik müqayisədə 6,1% azalaraq 809,2 min avtomobil təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatında deyilir.

Almaniyada satışlar 7%, Fransada 11,1%, İtaliyada 10,7% azalıb. Azalma artıq ikinci aydır ki, qeydə alınıb. Bu arada İspaniyada satılan avtomobillərin sayı 6,3% artıb.

Bütövlükdə Avropada satılan yeni avtomobillərin sayı keçən ay 4,2% azalaraq 1,12 milyon olub.

Eyni zamanda, Avropa İttifaqında elektrikli avtomobillərin satışı 9,8% artaraq 139,7 min ədəd təşkil edib.

 

Gözəl Həşimova