Ötən ay Avropada minik avtomobillərinin istehsalı illik ifadədə 12,1% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.

Bu müddət ərzində regionda qeydiyyatdan keçmiş yeni avtomobillərin sayı 851 690 ədədə çatıb. Yeni avtomobillərin istehsalında ən böyük artım Almaniyada (19,1%), İtaliyada (10,6%), Fransada (9,2%) və İspaniyada (7,3%) qeydə alınıb.

Bu ilin ilk ayında Avropa bazarında yeni elektromobillərin payı da xeyli artıb – 10,9%. Hibrid elektrik avtomobillərinin payı isə 28,8% təşkil edib. Öz növbəsində, benzin və dizel yanacağı ilə işləyən avtomobillər bazarın demək olar ki, 50%-ni təşkil edib.

 

Gözəl Həşimova