Avropa Şurası Nazirlər Komitəsi Yunanıstanı Qərbi Trakya türk cəmiyyətinin birləşmək azadlığı ilə bağlı işləri dərhal həll etməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsindən verilən açıqlamada, Yunanıstan rəhbərliyinə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Qərbi Trakya türk azlığı ilə bağlı qərarlarının icrası ilə bağlı bir daha xəbərdarlıq edildiyi bildirilib.

Açıqlamada, AİHM qərarlarına nəzarət məqsədi ilə 5-7 iyun tarixləri arasında Fransanın Strasburq şəhərində keçirilən yığıncaqda Qərbi Trakya Türk Cəmiyyəti, İskeçe Türk Birliyi (İTB), Rodop Əyaləti Türk Qadınları Kültür Dərnəyi ilə əlaqədar "Bəkir Usta davaları" və Meriç Azlıq Gənclik Dərnəyinin yenidən açıldığı qeyd edilib.

Avropa Şurası Nazirlər Komitəsi Yunanıstanı daha əvvəl Qərbi Trakyadakı türk dərnəklərinə qarşı qaldırılan işlərdə ədalətsiz hesab edilən AİHM qərarlarını icra etməyə çağırıb.