Ötən ilin dördüncü rübündə Avrozona iqtisadiyyatı üçüncü rüblə müqayisədə dəyişməz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) statistika idarəsi məlumat yayıb.

Hesabat dövründə regionda iqtisadi artım 0% təşkil edib.

İlkin hesablamalara görə, yüksək inflyasiya və borclanma xərcləri, eləcə də zəif xarici tələb fonunda ötən il Avrozona iqtisadiyyatı 0,5% artacaq.

 

Gözəl Həşimova