Avropa ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə qadağa qoyulmasını 14-cü sanksiyalar paketinə daxil etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət Rusiyanın mayeləşdirilmiş təbii qazının Avropa İttifaqına idxalından gedir.

Qeyd edək ki, Rusiyaya qarşı 13-cü sanksiyalar paketi fevralın 23-də qəbul edilib. Sanksiyalar nəticəsində daha 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Bundan dərhal sonra Avropa Komissiyası yeni sanksiyalar paketi hazırlamağa başlayıb.

 

Gözəl Həşimova