Avropa Parlamentinə seçkilər gələn ilin 6-9 iyun tarixlərində keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçin Aİ Şurasındakı nümayəndəliyi “Twitter“də yazıb.

Məlumata əsasən, seçkilər Avropa İttifaqının (Aİ) bütün ölkələrində keçiriləcək.

Qeyd edək ki, 1979-cu ildə keçirilmiş ilk seçkilərdən keçən dövr ərzində gələn il Avropa Parlamentinə 10-cu seçkilər baş tutacaq və həmçinin bu, Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra keçiriləcək ilk seçki olacaq.