Almaniyada sərhəd nəzarətinin gücləndirilməsi Şengen qaydalarının pozulmasıdır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin Polşadan olan üzvü Kosma Zlotovski bildirib.

Avropa İttifaqının (Aİ) fəaliyyətinə dair müqaviləyə toxunan Zlotoyski qeyd edib ki, onun müddəaları avropalılara Aİ-yə üzv dövlətlərin ərazisində sərbəst hərəkət etməyə və yaşamağa imkan verir: “beynəlxalq müqavilələrdə icazə verilən bu hüququn məhdudlaşdırılması imkanlarına baxmayaraq, dövlətlər tərəfindən görülən tədbirlər mütənasib olmalıdır. Almaniyanın sərhəd nəzarətini tətbiq etmək qərarı bu şərtə cavab vermir və vətəndaşların təminatlı hüquqlarını və iqtisadi azadlıqlarını pozur"

O, Avropa Komissiyasından Almaniya hakimiyyətinin Şengen zonası və Aİ vətəndaşlığı prinsiplərinin pozulması ilə bağlı hərəkətlərini yoxlamağı və aşkar edilərsə, buna cavab verməsini xahiş edib.

Sentyabrın 13-də Almaniyada kansler Olaf Şolts ilə müxalifət arasında immiqrasiya siyasəti ilə bağlı mübahisə gərginləşib. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə Afrika, Yaxın Şərq və Ukraynadan gələn mühacirlər də daxil olmaqla 14 milyon əcnəbi var. Ölkə miqrasiyaya nəzarət etmək üçün sentyabrın 16-dan altı ay müddətinə sərhəd nəzarətini gücləndirib.

 

Sadiq Cavadov