Avropa Mərkəzi Bankının sədri Kristin Laqard qurumun yaxın gələcəkdə faiz dərəcələrində pik həddə çatmasının real görünmədiyini və faiz dərəcələrini artırmağa davam edəcəyini bildirib.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) sədri bu gün Portuqaliyanın Sintra şəhərində verdiyi açıqlamada AMB-nin faiz artırmağa davam edəcəyinə işarə edib.

Laqard bildirib ki, ECB-nin yaxın gələcəkdə faiz dərəcələrində pik həddinə çatması ehtimalı azdır və inflyasiya ilə mübarizədən çəkinməməlidir. 

Laqard əlavə edib: "Əhəmiyyətli bir dəyişiklik olmazsa, biz iyul ayında da dərəcələri artırmağa davam edəcəyik".