Avropa İttifaqı (Aİ) və Avropa Parlamenti Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlayıblar.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, layihə qüvvəyə minəndən sonra pasportlara yapışdırılan vizalar rəqəmsal olacaq və internet üzərindən 2D ştrix-kod olaraq veriləcək. Vizaları mobil cihazlara yükləmək olacaq. Bundan başqa, müraciət edənlər üçün dil seçimi mümkün olacaq.

Ərizəçilər bir neçə ölkəyə səfər etmək istədikləri zaman ərizənin hansı ölkə tərəfindən alındığı barədə məlumatlandırılacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə birgə  işləyəcək.

Qeyd edək ki, yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar fiziki olaraq Şengen ölkələrinin konsulluqlarına getməli olacaqlar.