Avropa İttifaqında (Aİ) ötən ay yeni avtomobil satışları 18,5% artaraq 938 min 950-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar-may aylarında İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 18% artaraq 4 milyon 393 min 951-ə çatıb. Aİ ölkələrində ötən ay satılan yeni avtomobillərin 36,5%-i benzin, 25%-i hibrid, 14,3%-i dizel və 13,8%-i elektrik yanacaqlıdır.

Hesabat dövründə Aİ ölkələrində elektrikli avtomobil satışı isə 70,9% artaraq 129 min 847 ədədə çatıb.