Avropa İttifaqı Ukraynaya makromaliyyə yardımı çərçivəsində 600 milyon avro məbləğində pulun ikinci tranşını verib.

Bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün, oktyabrın 25-də Ukrayna Avropa İttifaqından makromaliyyə yardımının 600 milyon avro məbləğində maliyyə yardımını alıb”, - nazirlikdən bildirilib.

Məlumata görə, Ukrayna 2036-cı ilin aprel ayınadək bu məbləği Avropa İttifaqına 0,250 faizlə qaytaracaq.

Nazirlikdən vurğulanıb ki, bu maliyyə dövlət büdcəsinin tələblərinə və Ukraynanın dövlət büdcəsinin təlabatının azaldılmasına xərclənəcək.