Avropa İttifaqı bu il sursat istehsalını 30% artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili bazar üzrə komissarı Thierry Breton bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ildə 1 milyon mərmi istehsalına yaxınlaşır. Lakin bu, Ukraynaya belə bir həcmdə tədarükün təmin edilməsinə zəmanət vermir:

"Mən hasilatın artırılmasına cavabdehəm. Avropa Komissiyası hərbi istehsal imkanlarının artırılmasını təmin edib, indi üzv ölkələrin vəzifəsi onları Ukraynaya tədarükə yönəltməkdir".

 

Gözəl Həşimova