"Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketi məsələsini müzakirə etməyə başlayıb. Paketin müzakirəsi şənbə günü başlayacaq, bundan sonra Avropa Komissiyası blokun üzvlərini onu təsdiqləməyə dəvət edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barəd "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentlik yazır ki, yeni paket Rusiyaya mövcud sanksiyalardan yan keçməyə imkan verən boşluqları aradan qaldırmaq, xüsusən də döyüş meydanında istifadə oluna bilən malların tədarükü üçün nəzərdə tutulub.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, yeni sektor sanksiyaları da tətbiq oluna bilər.

"Polşa və Baltikyanı ölkələr Rusiyadan alüminium və maye təbii qazın tədarükünü qadağan etməyə çağırır", - "Reuters" əlavə edib.