Aİ Komissiyası 2024-cü il büdcə layihəsinə dair təklifi açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, layihəyə əsasən, Aİ-nin gələn il üçün büdcəsi 189,3 mlrd.avro olacaq.

Sözügedən büdcəyə əlavə olaraq, Aİ Komissiyası COVID-19 epidemiyasının iqtisadi təsirlərinə qarşı hazırlanan bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro yardım edəcək.

Büdcə və qrant proqramı Avropanın iqtisadi dirçəlişini davam etdirmək, məşğulluğu artırmaq və strateji muxtariyyəti gücləndirmək məqsədi daşıyır.

Eyni zamanda Avropanı daha dayanıqlı və gələcəyə davamlı etmək üçün yaşıl və rəqəmsal transformasiyaya xərclərə üstünlük verəcək.

Büdcədən Ümumi Kənd Təsərrüfatı Siyasətinə (CAP) 53,8 milyard avro, regional inkişaf və uyğunlaşma proqramlarına 47,9 milyard avro, beynəlxalq əməkdaşlığa və tərəfdaşlara 15,8 milyard avro,tədqiqatvə inkişaf proqramları 13,6 milyard avro, strateji investisiyalar 4,6 milyard avro, kosmik xərclər 2,1 milyard avro, təhsil proqram üçün 3,7 milyard avro, ətraf mühit və iqlimlə bağlı fəaliyyət üçün 2,4 milyard avro, sərhədlərin mühafizəsi üçün 2,2 milyard avro, miqrasiya ilə bağlı xərclər üçün 1,7 milyard avro, müdafiə üçün 1,6 milyard avro, namizəd ölkələri dəstəkləmək üçün Qoşulmadan əvvəl Yardım Aləti (IPA) III) 2,1 milyard avro ayrılacaq.

Elan edilmiş büdcə layihəsi bu mərhələdən sonra Avropa Şurasına təqdim ediləcək və Avropa Parlamenti arasında danışıqlar başa çatdıqdan sonra qüvvəyə minəcək.