Qara dəniz taxıl sazişinin təşəbbüsü ilə Ukrayna limanlarından keçən ilin yayından bu yana 23 milyon ton taxılın çatdırılmasını təmin edib.

İqtisadiyyat.az bildirir ki, bunun sayəsində dünyada ərzaq məhsullarının qiymətlərini aşağı salmaq və inkişaf etməkdə olan ölkələrə dəstək vermək mümkün olub. Bundan başqa, ərzaq qiymətləri indeksi 20 faiz aşağı düşüb.

Avropa birjalarında taxılın 1 tonu 268 dollara enib ki, bu da son 3 həftədə ən aşağı rəqəmdir. Qarğıdalının tonu 263 dollara təklif olunur. Belə aşağı qiymət son dəfə 2022-ci ilin martında qeydə alınıb.