Bu ayın əvvəlinə Avropanın yeraltı qaz anbarlarında (UGS) yanacaq ehtiyatları azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) məlumat yayıb.
Məlumata görə, anbarların qaz ehtiyatları 95%-dən 94,39%-ə enib.
Bildirilib ki, dekabrın 2-də Avropanın yeraltı qaz anbarlarında yanacaq ehtiyatları 0,41 faiz bəndi azalıb. Buna baxmayaraq, ehtiyatların hazırkı səviyyəsi son beş ilin eyni tarixləri üçün orta səviyyədən yuxarı qalmaqda davam edir.
Gözəl Həşimova