Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Avromed" dərman şirkəti klinika barədə məhkəməyə müraciət edib.

Buna səbəb isə xəstəxananın götürdüyü öhdəliklərə əməl etməməsi iddiasıdır. 

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (alqı-satqı müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır.

Fevralın 22-də Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə müraciətə baxılacaq.

Qeyd edək ki, əczaçılıq fəaliyyəti göstərən "Avromed Company" QSC 2002-ci ildə yaradılıb. 2003–2010-cu illərdə "Avromed"ə hazırda Milli Məclisin deputatı olan Cavanşir Feyziyev rəhbərlik edib.