Amerikalı prodüser Con Landau “Avatar” filminin beşinci hissəsinin iddia edilən süjetini açıqlayıb və layihədə "Pandora” sakinlərinin Yerə gedə biləcəyini bildirib.

Kinorejissor françayzinq rejissoru Ceyms Kemeronun filmdəki bəzi hadisələrin planetimizdə cərəyan edəcəyi ilə bağlı söhbətini eşitdiyini bildirib.

“Beşinci filmdə qəhrəmanların Yerə getdiyi hekayənin bir hissəsi var. Biz bunu insanların və Neytirinin gözlərini Yer kürəsində mövcud olanlara açmaq üçün edirik”, - deyə prodüser bildirib.