Azərbaycan Tibb Universitetində (ATU) peşəkar kadrların hazırlanması üçün 3 yeni kafedra yaradılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli “Dünyadaki Azərbaycanlı Təbiblərin Simpoziumu"da çıxışında bildirib.

O qeyd edib ki, dar ixtisaslaşdırma aparılmaqla konkret fənlər təsis edilib:

"Gələn ildən cərrahi xəstəliklər kafedralarında da dar ixtisaslaşmalar aparılacaq".