"Atlas Medical Center"ə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, klinika barəsində Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.

Klinikanın barəsində cərimə protokolu tərtib olunan maddədə deyilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.