Tikinti sektorunu aparıcı şirkətlərindən olan "Atlant-İnşaat" MMC nizamnamə kapitalını azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, tikinti şirkəti nizamnamə kapitalının 250,002 manat məbləğdən 95,002 manata azaldıldığını elan edib.

Qeyd edək ki, "Atlant-İnşaat" MMC 16 mart 1994-cü ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Muradov Cəmil Tahir oğludur.