Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün qaldığı və vəsiyyətini yazdığı Trabzondakı Atatürk Köşkündə bərpa işləri başa çatıb.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, ötən ilin sentyabr ayında Trabzon Böyükşəhər Bələdiyyəsinin başlatdığı araşdırma və bərpa işləri çərçivəsində Atatürk Köşkünün ziyarətinə məhdudiyyət qoyulmuşdu. 

Bərpadan əvvəl malikanənin hər bir sahəsi və onun mebelləri çəkilib və nömrələnib. Bərpa işləri 50-yə yaxın mütəxəssis tərəfindən həyata keçirilib. 

Atatürk Köşkü Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə təşkil olunacaq ziyafət zamanı ziyarətçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, Saray muzeyində 19-cu əsrin sonu və 20-ci əsrlərə aid mebel, çini, xalça, Atatürk rəsmləri də daxil olmaqla, 344 etnoqrafik sənət əsəri sərgilənir.

Gülşən Şərif