İqtisadiyyat.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
“Atabank” ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanında yerləşən 247.92 kv.m olan qeyri-yaşayış sahəsi satışa çıxarılıb.
Daşınmaz əmlak 750.000 manat ilkin qiymətlə satışa çıxarılıb.
Qaydaya əsasən, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Həmçinin əmlakı əldə edən şəxs alış məbləğini 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürməlidir.