Astarada baş verən qəzada üç nəfər ölüb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Ərçivan kəndində baş verib.

Rayonun Şiyəkəran kənd sakini, 31 yaşlı Əliyev Elman Mirzəmməd oğlunun idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetməni itirərək iri tonnajlı avtomobilin altına girib.

Nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan Rusiya vətəndaşı, 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus iri tonajlı yük avtomobilinə çırpılıb.

Zərbənin təsirindən avtomobil alışaraq yanıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 22 yaşlı Əliyeva Fərqanə İlham qızı, onların 3 yaşlı uşaqları - Əliyeva Gülxanım Mirzəmməd qızı avtomobildə yanar ölüblər.

Dərhal hadisə yerinə FHN-in Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, xilasetmə qurumun iki briqadası cəlb olunub.

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.