"Arsenal"ın Liqa1 komandası "Reyms"ə icarəyə göndərdiyi Baloqunu Avropa nəhəngləri transfer etmək istəyir.

İqtisadiyyat.az "Daily Mail" saytına istinadən xəbər verir ki, 2022-23-cü illərdə "Reyms"də icarə əsasında çıxış edən və Liqa 1 klubunda 22 qol vuran Baloqun üçün "Milan", "İnter" və "Roma"nın addım atdıqlarını və ən qısa zamanda rəsmi təkliflərini Arsenala çatdıracaqları bildirilir.

Baloqunun yenidən icarəyə gedəcəyi ehtimalı az görünür və onun "Arsenal"dakı gələcəyi dəqiq deyil.

Futbolçu ABŞ-ın və İngiltərənin U-21 millilərinə dəvət edilib. 

Qabriel Jezus və Eddi Nketiah kimi hücum xəttinə sahib olan “Arsenal”da  Baloqunun oynaması çətin görünür.

 Buna görə də, məqbul bir transfer haqqı alınarsa, "Arsenal" gənc ulduzunu satmağı düşünə bilər.