İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" heyətinə yeni futbolçu cəlb edib.

İqtisadiyyat.az xəbər verir ki, "Topçular" "Brayton"dan sol cinah vinqeri Leandro Trossardı heyətinə qatıb. Qarşı tərəfə belçikalı üçün 21 milyon funt-sterlinq və əlavə 5 milyon funt-sterlinq bonus ödəyəcəklər. 28 yaşlı futbolçu yeni komadasında 19 nömrəli formanı geyinəcək.