"Arsenal” “Çelsi”nin yarımmüdafiəçisi Kay Havertsi transfer etdiyini rəsmən açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer “Arsenal”a 70 milyon avroya başa gəlib. Kay “Arsenal”da 29 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Haverts İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə 35 oyuna çıxıb, 7 qol vurub və 1 qolun ötürməsini verib.