İqtisadiyyat.az xəbər verir ki, bunu ölkə prezidenti Xavyer Miley xalqa müraciətində deyib.

O həmçinin qeyd edib ki, valyuta məzənnələri ilə bağlı vəziyyətin sabitləşməsi sayəsində respublikada əsas əmək haqqı 300 dollardan 1100 dollara yüksəlib.

Argentina prezidenti inflyasiyanın yavaşladığını və büdcə kəsirinin azaldığını da açıqlayıb:

“Bu gün biz son 123 ildə ilk dəfə olaraq defolt olmadan davamlı büdcə profisiti əldə etdik, bu, bəşər tarixində ən böyük islahatlar və pul emissiyasının məhdudlaşdırılması sayəsində baş verdi”.

 

Gözəl Həşimova