ArchiCO SƏTƏM üzrə admin vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Sahələrdən SƏTƏM üzrə həftəlik reportları qəbul edir, yoxlayır və elektron şəkildə saxlanılmasını təmin edir;
  • Tikinti sahələri üçün işçilərin əraziyə giriş-çıxışını təmin etmək məqsədilə müvafiq İD kartları hazırlayır;
  • Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabat aparır;
  • Gündəlik olaraq SƏTƏM mühəndislərindən iş yerində baş verən hadisələr barədə məlumatlar toplayır, sahələrdə olan SƏTƏM jurnallarının, toolbox sənədlərinin, FMV vasitələrinin sənədini hazırlayır və mütəmadi olaraq mövcudluğunu yoxlayır;
  • SƏTƏM şöbəsinə aid olan sənədləri hazırlayır, iş ərazilərinə təhvil verir;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər planını hazırlayır və onların həyata keçirilməsinin təşkil edir;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil edir;
  • İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatını keçir və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərir;
  • Müvafiq SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasında iştirak edir.

Namizədə dair digər tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
  • SƏTƏM, tikintinin norma və qaydalarına dair biliklərin olması;
  • MS Office və Adobe Photoshop proqramlıarı ilə mükəmməl işləmək bacarığı;

CV və tövsiyyə məktublarınızı "SƏTƏM üzrə admin" başlığı ilə hr@archico.az mail adresinə göndərməyiniz xahiş olunur.