“Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

“Report”un məlumatına görə, protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Vüqar Məmmədovun icraatındadır.

MMC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci (saxlama müddəti ötmüş məhsulların satılmasına görə) maddəsi ilə tərtib olunub.