Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin yeni klubu müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, Araz Kosovanın "Llaki" klubuna transfer olub.

2 ildir klubsuz olan futbolçunun Kosova klubu ilə imzaladığı müqavilənin detalları bəlli deyil.

Qeyd edək ki, Araz Abdullayev sonuncu dəfə "Sumqayıt" klubunda forma geyinib