Fevralın 6-9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hollandiyada işgüzar səfərdə olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində bir sıra görüşlər və tədbirlər, o cümlədən Niderlandın icra və qanunvericilik orqanları və Beynəlxalq Cinayət Məhkəməsinin rəsmiləri ilə görüş nəzərdə tutulub.