Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) rəsmi internet resursunda yenilənmə işləri aparılacaq.
İqtisadiyyat.az xəbər verir ki, İnstitutun rəsmi afsi.gov.az veb saytı təzə hazırlanan modullarla yeniləcək.
Beləliklə, sayt yeni dizaynla fəaliyyətə başlayacaq.
Eyni zamanda sözügedən işləri həyata keçirəcək şirkət sayta bir illik texniki dəstək xidmətləri göstərəcək.
Qeyd olunan xidmətlərin 21 min manata başa gələcəyi nəzərdə tutulub.