İqtisadiyyat.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, “Aqrofast” şirkətin dövlət büdcəsinə ümumilikdə 172 191,4 manat borcu olub. Şirkət borcu ödəmədiyindən Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib.
Qurum ərizəsində borc ödənilədək şirkətin rəhbərinə “stop” qoyulmasını xahiş edib. Qurumun ərizəsi təmin olunub.