Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC minik və yük avtomobillərinin könüllü (KASKO) sığortası üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini fevralın 28-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Sorğunun nəticəsi martın 1-də portalda açıqlanacaq.