Nazirlər Kabineti "Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təsdiq edilməsi haqqında" qərar verib.

İqtisadiyyat.az-ın məlumatına görə, qərara əsasən, Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi aşağıdakı qaydada təsdiq edilib:

  • kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50 faizi həcmində;
  • kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə sığorta haqqının 50 faizi həcmində;
  • akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi həcmində.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.