İqtisadiyyat.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, bu dövrdə aqrar sektorda fəaliyyət göstərən 1707 müraciət üzrə 32,3 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin ilk dörd ayının göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 61 faiz, kredit məbləği isə 56 faiz artıb.

Verilən kreditlərin 28,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 784 min manatı güzəştli kreditlər, 2,5 min manatı isə mikrokreditlərdir.